• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1721
— 26.01.2021 20:48

Gələn ay pensiya artımla veriləcək

KepezTV Player

Hər il olduğu kimi, bu il də bəlli faiz müəyyən edildikdən sonra fevral ayı ərzində pensiyaçıların pensiyaları indeksləşdiriləcək. Fevralın ödənişi aparılan zaman pensiyaçılar fevral ayının pensiyasını həm də yanvar ayı üzrə hesablanmış artımla birlikdə alacaqlar. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib.

Onun sözlərinə görə, indeksləşdirmə yanvarın 1-dən hesablanacağı üçün artım da yanvarın 1-dən sayılacaq. Yanvar artımları fevral ayının pensiyası ilə birlikdə bank hesablarına köçürüləcək.