• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1720
— 26.01.2021 20:44

Dağ rayonunun tibb işçilərinə vaksin vurulur

KepezTV Player

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası”na uyğun olaraq əhalinin vaksinasiyasının birinci mərhələsi davam edir. Dağ rayonu olan Daşkəsəndə də tibbi işçilərinə vaksin vurulur.

Daşkəsəndə vaksinasiya prosesinə yanvarın 21-dən Rayon Mərkəzi Xəstəxanasında start verilib. Bu məqsədlə xəstəxanada peyvənd otağı, təcili yardım otağı, habelə qeydiyyat şöbəsi yaradılıb. Vaksinasiyanın təlimata uyğun yerinə yetirilməsi üçün nəzərdə tutulan işlər uğurla icra olunur.

Mirzəkərim Tağıyev Daşkəsən RMX Publik Hüquqi Şəxsin direktoru: Daşkəsən Rayon Mərkəzi Xəstəxanasına 127 doza vaksin verilib. Artıq 100-dən çox tibb işçisi peyvənd olunub. Peyvənd olunanlar arasında heç bir fasad olmayıb.

Vaksinasiya prosesinin planlı şəkildə aparılması üçün rayonda qərargah və xüsusi qrup yaradılıb. Hazırda şəhər, qəsəbə və kənd ərazi icra nümayəndəlikləri yerlərdə təşkilatı-izahat işləri aparılır. Peyvəndləmədə iştirak edən tibbi içiləri səhhətlərində heç bir narahtlığın olmadığını bildirirlər.

Afaq Əliyeva tibb işçisi: Mən mərkəzi xəstəxananın işçisiyəm. Bu gün məndə vaskin vrudurdum. Özümü çox yaxşı hiss edirəm.

Nailə Bəylərova tibb işçisi: Yəni könüllü olaraq gəlib vaksin vurdurduq. Heç bir qorxuya ehtiyac yoxdur. Hamıda gəlib ürəklə vaksinini vurdursun.

Daşkəsən rayonunda vaksinayanın birinci mərhələsinə fevarlın ayının 1-də yekun vurulacaq. Rayonda ümumilikdə 256 tibb işçisi çalışır.

Natiq Hüseyn