• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 757
— 25.01.2021 12:28

Dələduzluq edən çoban, müdir və sürücü saxlanılıb

KepezTV Player

Gəncədə dələduzluq edən dəstə ifşa edilib. Respublikanın müxtəlif rayonlarında fermerlərə xeyli miqdarda maddi ziyan vuranlar çoban, müdir və sürücü olaraq plan quraraq hərəkət ediblər. Amma dələduzaların Gəncə planı uğursuz olub. Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları onları elə “iş başındaca” yaxalayıblar.

Saxlanılanlar Daşkəsən rayonun Dəstəfur kənd sakinləri - əvvəllər məhkum olunmuş Elvin Mürsəlov və qardaşı Rahibdir. Qardaşlar müxtəlif fermerlərə çoban olaraq xidmət göstərməyi təklif ediblər. Lakin xidmət haqqını əvvəlcədən almaq şərti ilə.

Elvin Mürsəlov saxlanılan şəxs Müdirlərə zəng edib demişəm fermada işləyirəm. Ancaq borcum var borcumu göndərin gəlim işləyim. Onlarda pulu göndərib mən getməmişəm.

Rahib Mürsəlov saxlanılan şəxs Guya bunun işlədiyi fermanın sahibiyəm. Nömrəmi verirdilər onlar da, mənə zəng edirdi, deyirdilər sizə pul çatasıdır. Mən özüm çıxıb görüşməmişəm. Ya taksi ilə göndəriblər. Ya da Cəbi çıxıb götürüb.

Qardaşların Cəbi adlandırdığı Cəbrayıl Abbasovdur. Belə ki, özünü çoban kimi qələmə verən Elvin Mürsəlov müdir adlandırdığı qardaşı Rahibin əli ilə pulu sürücü işləyən Cəbrayıl Abbasovun vasitəçiliyilə qazanırmışlar. Əldə edilən vəsait isə 3 nəfər arasında bölünüb.

Cəbrayıl Abbasov saxlanılan şəxs Göndərirdilər pulu götürürdüm. Pulu gətirirdim. 450 manat bir götürmüşəm. 100 manat da birindən götürmüşəm.

Həmin şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi işi cinayət işi başlanıb, hazırda dələduzların anoloji cinayət törədib-törətməməsi araşdırılır.

 

Natiq Hüseyn