• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1939
— 24.01.2021 18:50

Dəniz quldurlarının öldürdüyü azərbaycanlının nəşi sabah ölkəyə gətiriləcək

KepezTV Player

Dəniz quldurlarının hücumu nəticəsində öldürülən Azərbaycan vətəndaşı, 45 yaşlı Fərman İsmayılovun nəşi gəmi ilə Qabonun Port Jentil limanına gətirilib. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva məlumat verib. "Meyit Türkiyənin Qabondakı Səfirliyinin vasitəçiliyi ilə paytaxt Librevilə göndəriləcək. Daha sonra nəşin Türkiyə Hava Yollarının ilk uçuş reysi ilə yanvarın 26-da Türkiyə üzərindən Azərbaycana yola salınması planlaşdırılır", - deyə Leyla Abdullayeva qeyd edib.