• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1497
— 23.01.2021 20:48

Bakı aeroportunda qızıl qaçaqmalçısı tutulub

KepezTV Player

Gömrük əməkdaşları qaçaqmalçılıq yolu ilə ölkəyə xeyli miqdarda qızıl məmulatlarının gətirilməsinin qarşısını alıb. Belə ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə qızıl məmulatlarının gömrük nəzarətindən gizli keçirilərək Bakıya gətiriləcəyinə dair əməliyyat məlumatı daxil olub. Yaradılan əməliyyat qrupu tərəfindən İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Bayramov Tural Fikrət oğlu nəzarətə götürülüb. Müvafiq yoxlanışlardan sonra gömrük nəzarəti zonasını tərk etmək istəyən Tural Bayramov əməliyyatçılar tərəfindən saxlanılıb.Aparılan şəxsi yoxlama zamanı onun geyindiyi ayaqqabının hər iki tayının içliyinin altında gömrük nəzarətindən gizlədilən, üzərində 19-cu əsrin sonları və 20-ci əsrin əvvəllərində kəsildiklərinə dair məlumatlar əks olunan 78 ədəd qızıl sikkə aşkar edilib. Sikkələrin ümumi çəkisi 677 qram olub.