• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2488
— 23.01.2021 20:37

Hərbçilərimizə zəruri ərzaq məhsulları göndərilib

KepezTV Player

İşğaldan azad edilən rayonlarda yerləşən qoşunlarımızın təminatının daha da yaxşılaşdırılması ilə bağlı tədbirlər davam etdirilir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü, Heydər Əliyev Fondunun dəstəyi ilə bir neçə aydır davam edən dəstək aksiyası çərçivəsində növbəti dəfə Qubadlı və Xocavənd rayonlarında xidmət edən hərbi qulluqçularımıza zəruri ərzaq məhsulları göndərilib. Hərbi xidməti davam etdirən əsgər və zabit heyəti üçün, onların istəkləri nəzərə alınmaqla, müxtəlif qida məhsulları, fərdi qulluq və gigiyenik ləvazimatlardan ibarət bağlamaların çatdırılması işləri davamlı olacaq. Növbəti günlərdə işğaldan azad olunan digər ərazilərə də səfərlər təşkil ediləcək.