Əlahiddə Ümumqoşun Orduda İkinci Qarabağ müharibəsinin iştirakçısı olmuş bir qrup hərbi qulluqçunun cəlb edildiyi ixtisas hazırlığı kursları başa çatıb. Müharibə vərdişlərinə yiyələnən döyüşçülərə vaxtından əvvəl və növbəti hərbi rütbələr təqdim edilib. Buraxılış mərasimində məzunlar Vətən müharibəsində rəşadətlə döyüşdükləri kimi bundan sonra da dövlət qayğısından və xalq-ordu birliyindən güc alaraq Vətənin müdafiəsində cəsarətlə dayanacaqlarını bildiriblər.Tədbirdə hərbi infrastrukturun müasirləşdirilməsi və şəxsi heyətin nümunəvi xidməti üçün mühüm işlərin görüldüyü və döyüş hazırlığının yüksək səviyyədə olmasının nəticəsi olaraq müharibədə Əlahiddə Ümumqoşun Ordunun bir qrup hərbi qulluqçusunun da rəşadətləri ilə tarix yazdıqları qeyd olunub.
- Baxış: 310