• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2396
— 23.01.2021 16:42

Məktəbli beynəlxalq olimpiadada üçüncü oldu

KepezTV Player

Son illərdə təhsil sahəsində qazanılan uğurlar arasında məhz istedadlı şagirdlərin ümumrespublika, eləcə də beynəlxalq olimpiadalarda qazandıqları uğurlar xüsusi yer tutur. Bu günlərdə keçirilən beynəlxal bilik yarışında Gəncə məktəblisinin də yer tutması bunun bariz göstəricisidir.

Azərbaycan məktəbliləri Qazaxıstanın Almatı şəhərində fizika, riyaziyyat və informatika fənləri üzrə onlayn XVII Beynəlxalq Jautıkov olimpiadasının iştirakçısı olub. Bilik yarışında 5 gümüş və 10 bürünc medal qazanan şagirdlərdən biri də Gəncənin 15 nömrəli məktəbində təhsil alan Əziz Hüseynovdur. 11-ci sinif şagirdi olimpiadanın informatika üzrə bürünc mükafatçısı olub.

Əziz Hüseynov bürünc medalçı: İnformatika fənninə marağım 7-ci sinifdən başlayıb. Həmin il respublika fənn olimpiyadasına qatılmışdım və qızıl medal qazanmışdım. 9-cu sinifdə komandaya qəbul olunmuşam və beləliklə ölkəmizi bir neçə beynəlxalq olimpiyadada təmsil eləməyə başladım.

Əziz Hüseynov ölkəmizi müxtəlif byenəlxalq yarışlarda təmsil edərək fəxri kürsüyü qalxmama müvəffəq olub. Hətta ötən il Beynəlxalq İnformatika Olimpiadasında 9 illik fasilədən sonra ölkəmizə qızıl medal da qazandırıb. Hazırda isə abituriyent kimi qəbul imtahanlarına hazırlaşmaqla bərəbar yaxın zamanda baş tutacaq daha bir beynəlxalq olimpiadaya qatılmağı düşünür.

Vəfa Nəbiyeva 15 nomrəli məktəbin direktoru: Öz bilik və bacarığı seçilibdi ölkəmizin şəhərimizin fəxridir. Arzu edirək ki belə şagirdlərimizin sayı çox olsun.

Fənn olimpiadalarına qatılan şagirdlərin sayının artması təhsildə keyfiyyətin də yüksəlməsinə dəlalət edir. Axı olimpiadalar sadəcə fənlərə sevgi yaratmır. Şagirdlərdə dərs prosesinə, qəbul imtahanlarına hazırlaşarkən formalaşmayan bəzi vərdişlərı yaradır.

Olimpiadalarda iştirak məktəblilərə fənni daha yaxşı mənimsəmək, tədqiqat aparmaq, ən çətin vəziyyətlərdən çıxmağı öyrədir. Nəticədə təhsildə keyfiyyətə nail olunur.