• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1722
— 23.01.2021 18:35

Karantin qaydalarını pozanlar cərimələniblər

KepezTV Player

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Əfsuslar olsun ki, görülən profilaktik tədbirlərə baxmayaraq bəzi vətəndaşlar rejimin tələblərini pozmaqda davam edir.

Tovuzda polis əməkdaşlarının rayonun müxtəlif yerlərində keçirdikləri reydlər zamanı hələ də açıq və ya gizli şəkildə fəaliyyətini davam etdirən iaşə və ticarət obyektlərinə rast gəlinib. Fəaliyyət göstərən çay evi və ticarət obyektləri aşkarlanıb.

Çəkiliş zamanı maskadan düzgün istifadə etməyənlərə də rast gəlinib. Belə şəxslər yalnız kameranı gördükdən sonra tibbi maska taxmalı olduqlarını xatırlyıblar. Qaydalara əməl etməyənlər müxtəlif bəhanələrlə özlərinə haqq qazandırmağa çalışıblar.

Mahmud Qasımov sakin:Bilmədim elə bildim 18-dən işləmək olar. Ona görə açdım. Polis əməkdaşlarıda məni saxladı. Polis əməkdaşlarıda məni saxlayıb şöbəyə gətirdilər.

Yeganə Novruzova sakin: Heç bir mal satmırdım. Bir iki üç dənə peroşki satdım.

Koronovirus pandemisyası ilə əlaqədər olaraq Tovuz rayonu ərazisində keçirilən reydlər zamanı vətəndaşların tibbi maskadan istifadə etməməsi, iaşə obyektlərinin qeyri-qanuni işləməsi tərəfimizdən aşkar edilib. Hər bir vətəndaş müvafiq qaydada cərimə edilib.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə cərimə protokolları tərtib olunub və təyin olunmuş qaydalara riayət etmələri barədə profilaktik söhbətlər aparılıb. Obyektlərin bağlanması təmin edilib. Tovuz polisi rayon ərazisində müvafiq reydləri davam etdirir.