• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2074
— 23.01.2021 16:34

Cəbrayıl rayonunun Aşağı Maralyan kəndi

KepezTV Player

Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Aşağı Maralyan kəndindən videogörüntülər paylaşıb.Araz çayının sol sahilində, düzənlikdə yerləşən kənd 1993-ci ildə Ermənistan tərəfindən işğal edilib. 3 oktyabr 2020-ci ildə isə Silahlı Qüvvələrimiz tərəfindən işğaldan azad olunub.

Bəzi tədqiqatçılara görə, yaşayış məntəqəsi Cənubi Azərbaycanın Maraluy kəndindən çıxmış ailələrin XIX əsrin əvvəllərində şimala köçərək burada məskunlaşması nəticəsində yaranıb. Başqa bir versiyaya görə isə bu söz "örüşü olan yer" mənasını verir.

Erməni işğalından əvvəl kənd sakinlərinin əsas təsərrüfatı heyvandarlıq olub. Kənd rayon mərkəzindən 28 km cənub-şərqdə yerləşir.

Kəlbəcər rayonunun Qamışlı kəndi

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Qamışlı kəndindən də videogörüntülər təqdim edib.Kənd Qamışlı çayının sahilində, Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi Qamışlı çayının adi ilə belə adlandırılıb.Kənd yerləşdiyi ərazinin üst hissəsində, ətrafında qamış bitən balaca bir göl var.