• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1791
— 23.01.2021 12:38

Qohumlardan odlu silahlar götürüldü

KepezTV Player

Daşkəsəndə qanunsuz silah saxlayan şəxslər məsuliyyətə cəlb olunub. Daşkəsən rayon Polis Şöbəsinin əməkdaşları rayonun Çovdar kənd sakini Nəsib Musayevdən “Escort” markalı təklüləli 12 kalibirli, onun həmkəndlisi və qohumu Əfqan Musayevdən “İJ” markalı təklüləli 12 kalibirli, həmçinin digər həmkəndlisi və qohumundan “İJ” markalı təklüləli 16 kalibirli müvafiq sənədləri olmayan tüfənglər aşkar edərək götürüb. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək Daşkəsən rayon Məhkəməsinə göndərilib.