• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1663
— 23.01.2021 12:35

“Keşikçidağ” qoruğunda tarixi abidələr aşkarlandı

KepezTV Player

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda arxeoloji abidələrin ehtimal edildiyi ərazilərdə arxeoloji xilasetmə, kəşfiyyat və arxeoloji tədqiqat işləri aparılıb. İşlər zamanı 5 daş örtüklü kurqan aşkarlanıb. “Qaltan dərəsi” adlanan ərazidə tədqiq edilən kurqanların birində daş örtük altında 4 daş qutu qəbir aşkar olunub. İkinci kurqanda daş örtüyü altında, təqribən 1,2 m dərinlikdə son tunc dövrü üçün xarakterik olan qəbir tapılıb.“Karvandərəsi” adlanan ərazidə üç kurqan tipli abidələrdə xilasetmə işləri aparılıb. Kurqanların birinin dəfn kamerasında qədim dövrlərdə baş verən talanın izlərinə rast gəlinib. Digər iki kurqanda isə dəfni müşayiət edən müxtəlif tipli keramik məmulat, tuncdan az ölçülü nizə ucluğu, azuqə qalıqları qeyd olunub. Ərazidən toplanan keramik materialın fraqmentləri tarixi obyektlərin son tunc-erkən dəmir dövrünə, Xocalı-Gədəbəy arxeoloji mədəniyyətinin erkən mərhələsinə aidiyyəti barədə ilkin rəyin irəli sürülməsinə əsas verir.