• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1740
— 22.01.2021 20:15

18 mindən artıq şagird məktəbə gedəcək

KepezTV Player

Yeni qaydalara görə Gəncənin 45 orta məktəbində 18 mindən artıq ibtidai sinif şagirdi dərsə gedəcək. Təhsil İdarəsi şəhərdə tədrisin təşkili barədə açıqlama verib.

Tədrisin ənənəvi formada bərpası ilə Gəncədə 711 sinif üzrə 17 min 741 şagird ibtidai təhsilə cəlb ediləcək. 3186 şagird isə 162 sinifdə məktəbə qədər hazırlığa başlayacaq. 2 qrupa bölünən sinif şagirdləri həftənin 3 günü məktəbə gedəcəklər. Şagirdlər ara məsafəsi gözlənilməklə partalarda sağ, sol prinsipi ilə əyləşəcəklər.

Anar Qədiməliyev - Təhsil İdarəsinin müdiri: Məktəbdə olan epidemioloji ləvazimatlar spirt, dezinfeksiyaedici məhlullar, əlcək, maska, üz sipərləri qaydasındadır. Sosial məsafəni gözləməklə biz buna nail olacağıq. Fevralın 1-dən sonra olan işimiz isə nəzarətedici funksiya olacaq. Biz ciddi nəzarət edəcəyik ki, pandemiya qaydalarına riayət edilsin, həmçinin də tədrisin keyifiyyəti normal qaydada təşkil olunsun.

Tədrisin bərpa edilməsi Vətən müharibəsi dövründə ermənilərin Gəncəyə atdığı raketlər nəticəisnə ziyan çəkən təhsil ocaqlarında mümkün olmayacaq. Bununla belə. biri təmamilə dağılan, 7-si qismən yararsız hala düşən məktəblərin şagirdləri və müəllimləri tədrisdən kənarda qalmayacaqlar.

Anar Qədiməliyev - Təhsil İdarəsinin müdiri: 8 məktəbin 1 məktəb tam yararsız haldadır bu 29 saylı məktəbdir. Biz bu məktəbin şagirdlərinin digər məktəblərdə oxuması üçün prosesə başlamışıq ki, bunlar 18 saylı məktəbdə yerləşəcəklər. 4 saylı məktəb hələlik özündə şagirdlər keçəcək. Digər məktəblər isə dəymiş ziyan Təhsil Nazirliyi və müvafiq qrumlar tərəfindən təmir olunub.

Həmçinin dəsrlər başlayana qədər məktəblərdə dezinfeksiya işləri də aparılacaq.

 

Elnur Vahidoğlu