• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1425
— 22.01.2021 19:55

Həzi Aslanov anılıb

KepezTV Player

Görkəmli hərbi xadim Həzi Aslanovun xatirəsi anadan olmasının 111-ci ildönümündə anılıb. İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Azərbaycan xalqının dünya hərb tarixinə bəxş etdiyi görkəmli sərkərdələrdəndir. Sovet ordusunda, o cümlədən Böyük Vətən müharibəsində müstəsna yeri olan Həzi Aslanovun xidmətləri bu gün də dünyanın hərbi mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilir. Xalqımızın igid oğulları sırasında general Həzi Aslanovun qəhrəmanlığın rəmzinə çevrilmiş adı dərin ehtiramla çəkilir. Onun göstərdiyi misilsiz şücaət və rəşadət Azərbaycan Ordusunun bütün şəxsi heyəti üçün əsl qəhrəmanlıq nümunəsidir.