KepezTV Player
Ötən gün Şəmkir rayonu, Qədimqala kənd sakini, 36 yaşlı Bəxtiyar Alıyevin odlu silahdan açılan atəşlə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişin dayısı oğlu, 41 yaşlı Vasif Aslanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq Bəxtiyar Alıyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Şəmkir rayon prokurorluğunda cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Vasif Aslanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir. Mərhum bölgədə fəaliyyət göstərən qəzetlərdən birinin redaktoru və təsisçisi olub.
- Baxış: 405