• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2155
— 21.01.2021 11:50

Şagirdlərin məktəbdaxili qiymətləndirilməsinə başlanılıb

KepezTV Player

Bu gündən ümumtəhsil müəssisələrində şagirdlərin 2020-2021-ci tədris ili üzrə məktəbdaxili qiymətləndirilməsinə başlanılıb. Ötən illərdən fərqli olaraq, bu il şagirdlərin yarım il üzrə qiymətlərlərinin müəyyən edilməsi üçün heç bir kiçik və böyük summativ qiymətləndirmə aparılmayıb. Şagirdlər yalnız bu gündən keçirilən qiymətləndirmə nəticəsində yarım illik qiymətlərini ala biləcəklər. II-XI siniflərdə bütün fənlər üzrə summativ qiymətləndirmə fənni tədris edən müəllim tərəfindən distant formada yarımilin sonunda bir dəfə olmaqla aparılacaq.Summativ qiymətləndirmənin nəticələri 100 ballıq şkala ilə ölçülür və qiymətləndirmədə test, inşa, çalışma, şifahi sorğu, yaradıcılıq və əl işləri, layihə kimi vasitələrdən istifadə olunur. 45-60 dəqiqə ərzində təşkil olunan summativ qiymətləndirmə nəticəsində müəyyən edilmiş ballar şagirdlərin yarımillik balları və qiymətləri hesab olunur və sinif jurnalında müvafiq qaydada yazılacaq. Üzrsüz səbəbdən summativ qiymətləndirmədə iştirak etməyən təhsilalanın həmin qiymətləndirmələr üzrə balı “0” qəbul olunur.