KepezTV Player
Türkiyə Cümhuriyyətinin Tüm Kalkınma İş Adamları və Girişimcilər Dərnəyi ilə Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyası arasında anlaşma memorandumu imzalanıb. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və yenidənqurma işləri, orada məskunlaşacaq insanların məşğulluğunun təmin edilməsi məsələləri müzakirə edilib. Vurğulanıb ki, təşkilat həmin ərazilərdə bərpa işlərinə dəstək göstərməyə hazırdır. Daha çox sənaye zavodlarının və tekstil fabriklərinin qurulmasına üstünlük verilməsi nəzərdə tutulur. Tekstil fabrikləri üçün ilkin mərhələdə 50 milyon dollar investisiya qoymaq planlaşdırılır.
- Baxış: 235