• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1790
— 21.01.2021 11:59

Şəhid ailələri diqqətdədir

KepezTV Player

Vətən müharibəsi başlayanda Knyaz Zirəddinov əsgər kimi hərbi xidmətdə olub. Müharibənin ilk günlərindən igid, qəhrəman döyüşçü kimi tanınıb. Gəncə şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Səməd Tomuyev şəhidin ailəsində olub. Ailənin problemləri ilə maraqlanıb. İgidin keçdiyi döyüş yolundan danışılıb. Onun qorxmaz, məğrur əsgər olduğu vurğulanıb. Knyaz Orucov Fizuli və onun ətraf kəndlərinin azad edilməsində qəhrəmanlıq göstərib. Ağır döyüşlərin birində şəhadətə ucalıb.

Cəlalə Orucova şəhidin bacısı:Vətənini torpağını sevən oğlan olub. Danışanda deyirdi ki, özüm Qarabağı alacam. Deyirdi ki, sinəmdə bayrağım var, onu asacam. Arzusu yerinə yetirildi.

 

Daha sonra şəhər rəhbərinin birinci müavini şəhid Elmir Nəcəfovun da ailəsində olub. Valideynləri ilə söhbət edib, onların qayğıları ilə maraqlanıb. Hərbi xidmətdən vətən müharibəsinə yollanan Elmir yoldaşları ilə düşmənə sarsıdıcı zərbələr vurub. Düşmənin xeyli canqlı qüvvəsini, texnikalarını məhv edib. O, Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra ali baş komandan tərəfindən 2 medala layiq görülüb.

Zülfiyyə Musayeva şəhidin bibisi:Çox vətənpərvər, qoçaq övlad idi. Allah rəhmət etsin. Ölümündən sonra Vətən uğrunda və Fizulinin azad edilməsi uğrunda medalı ilə təltif edilib. Prezidentimizə öz münnətdarlığımız bildiririk ki, şəhidlərin adını qiymətləndirir, onlara necə lazımdı hörmət edir.

 

29 yaşlı şəhid Röyal Cəfərovun da ailəsi ziyarət edilib. Problemlərinin həlli istiqamətində göstərişlər verilib. Röyal Cəfərov vətən müharibəsi başlıyanda ön cəbhəyə yollanıb və qorxmaz döyüşçü kimi vuruşub. Murovdağ yüksəkliyinin azad edilməsində, eləcədə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub. Ağır döyüşlərin birində şəhid olub. Ölümündən sonra ali baş komandan tərəfindən 5 medala layiq götülüb.