KepezTV Player
Şuşa şəhərində Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Tədbirdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub. 20 Yanvarın tarixi əhəmiyyətindən danışılıb, ümummilli lider Heydər Əliyev və Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin baş verən hadisələr barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirdiləri siyasətin uğurları barədə məlumat verilib.
- Baxış: 232