• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1582
— 20.01.2021 16:02

3 443 şəxsin müraciətinə baxılıb

KepezTV Player

Səfərbərlikdən tərxis edilən şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiyanın fəaliyyəti davam edir. Bakı şəhərində fəaliyyət göstərən komissiyaya yanvarın 11-dən 19-dək 2 777 vətəndaş müraciət edib, onların müraciətlərinin həll olunması üzrə müvafiq tədbirlər görülüb. Komissiyanın Gəncə şəhəri, Füzuli rayonu və Pirəkəşkül qəsəbəsində fəaliyyət göstərən səyyar qrupları tərəfindən isə 666 vətəndaşın müraciətinə baxılıb, onların həll olunması üzrə müvafiq tədbirlər həyata keçirilib. Bu günədək komissiya və onun bütün səyyar qrupları tərəfindən vətəndaşların ümumilikdə 643 müraciəti yerində həll olunub.