• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1344
— 20.01.2021 16:02

Şəmkirdə 20 Yanvar faciəsinin qurbanları yad edilib

KepezTV Player

20 Yanvar hadisəsinin 31-ci ildönümü Şəmkir rayonunda anılıb. Rayon rəsmləri Şəmkir şəhərində yerləşən “20 Yanvar” qurbanlarının xatirəsinə ucaldılan abidə önünə gül dəstəsi qoyublar. Saat 12-də rayonun bütün ərazilərində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunaraq, nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb səs siqnalları verilib. Daha sonra tədbir iştirakçıları torpaqlarımızın azadlığı uğrunda canından keçən vətən oğullarının məzarlarını ziyarət edərək üzərinə tər çiçəklər qoyublar. Azərbaycan xalqının qürur mənbəyinə çevrilən 20 Yanvardan 31  il keçməsinə baxmayaraq, həmin hadisə təkcə Ümumxalq Hüzn Günü kimi deyil, eyni zamanda, öz azadlığına və müstəqilliyinə can atan xalqımızın mübarizliyini, məğrurluğunu nümayiş etdirən qəhrəmanlıq tarixi kimi qeyd olunub.

Natiq Hüseyn