KepezTV Player
20 yanvar hadisələrinin 31-ci ildünümü münasibətilə Gəncənin Şəhidlər xiyabanı da ziyarət edilir. Şəhər ictimaiyyəti vətən fədailərinin uyuduğu məkana gələrək müstəqilliyimizin əbədi olması, torpaqlarımızın azadlığı, Azərbaycanın bütövlüyü uğurunda canından keçən oğullarımızın ruhunu şad ediblər. Şəhidlərin abidə kimpleksi önünə əkilil qoyulub və qırmızı qərənfillər düzülüb. Şəhidlərin ölməz xatirəsi ehtiramla yad edilərək Vətən müharibəsində canlarını qurban verən igid həmvətənlərimizin məzarları da ziyarət edilib. Azərbaycanın azadlıq carçılarının xatirəsi dərin hörmətlə anılıb. Şəhidlərin ruhuna dualar oxunub.
- Baxış: 269