• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2417
— 18.01.2021 18:42

"Kəpəz" qələbə qazandı

KepezTV Player

Qış təlim-məşq toplanışını davam etdirən və I Divizionda çempionatın ikinci dövrəsinə hazırlaşan “Kəpəz” növbəti yoxlama oyunu keçirib. “Sarı-göylər” Tovuz səfərində aşağı dəstədə əsas rəqiblərindən olan “Turan Tovuz” ilə qarşılaşıb. Maraqlı mübarizə şəraitində keçən görüş qonaqların qələbəsi ilə nəticələnib. "Kəpəz" meydan sahiblərinin qapısından iki cavabsız top keçirib. Gəncə klubunun heyətində Novruz Məmmədov və Emil Qasımov fərqlənib. Hər iki futbolçu ikinci hissədə dəqiq zərbə ilə yadda qalıb. I Divizionda mübarizəyə fevralın 10-da start veriləcək.