• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1420
— 18.01.2021 18:49

Yanğının söndürülməsinə 1 təyyarə və 2 helikopter cəlb edilib

KepezTV Player

Astara rayonu ərazisində Hirkan Milli Parkında baş vermiş yanğının söndürülməsi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi tərəfindən operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir. Yanğının söndürülməsində relyefin mürəkkəbliyi və hava şəraitinin əlverişsizliyi ciddi maneə yaradır. Yanğının daha geniş sahəyə yayılması və Milli Parkın ərazisinə, ümumiyyətlə, ekologiyaya daha böyük ziyan vurmasının qarşısının alınması məqsədilə FHN-in qüvvələri tərəfindən zəruri tədbirlər davam etdirilir. Dəniz səviyyəsindən 1600-1800 metr yüksəklikdə olan yanğınsöndürmə əməliyyatına müvafiq qurumların 135 nəfər şəxsi heyəti, 8 texnikası, həmçinin, 1 təyyarə və 2 helikopter cəlb edilib.