• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2430
— 18.01.2021 16:10

Şəhid ailələrinə sosial dəstək davam edir

KepezTV Player

Yaxın aylarda daha 4 müasir reabilitasiya və sosial xidmət müəssisəsi açılacaq. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov postmüharibə dövründə artıq 11 mindən çox şəhid ailəsi üzvünün, qazinin, müharibədən zərər çəkən şəxsin bu dəstəklə əhatə olunduğunu qeyd edib. O cümlədən 2650 şəhidin 6500 ailə üzvünə sosial ödənişlərin təyin edildiyini, eləcə də qeyd edilən kateqoriyalardan olan şəxslərin aktiv məşğuluq proqramlarına cəlb olunduğunu, onlara sosial-psixoloji dəstək və reabilitasiya xidmətləri göstərildiyini diqqətə çatdırıb. Nazir müavini onu da deyib ki, son bir ildə daha 1500 şəhid ailəsi və müharibə ilə əlaqədar əlilliyi olan şəxsə mənzil və fərdi ev, 400 müharibə əlilinə avtomobil verilib.