• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 684
— 18.01.2021 12:20

Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib

KepezTV Player

Şuşa şəhərinə qədər uzanan yeni avtomobil yolunun tikintisi davam etdirilir. İşlər Füzuli şəhərindən başlayaraq aparılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, yeni trassa iri yaşayış məntəqələrindən, həmçinin məşhur Topxana meşəliyindən yan keçməklə inşa ediləcək. Çətin relyefə malik olan ərazilərdə, dolaylarda tikiləcək körpü və tunellər hesabına yolun uzunluğu 17 km-ə qədər qısalaraq 84.6 km təşkil edir. Tunellərin ümumi uzunluğu təqribən 3 km olacaq. Yeni Füzuli-Şuşa avtomobil yolunun 4-6 hərəkət zolağından ibarət olması nəzərdə tutulur. Avtomobil yolu Füzuli Hava Limanı yaxınlığından keçir. Bu səbəbdən magistral yolu hava limanı ilə əlaqələndirmək məqsədi ilə yolun 27-ci km-də yol qovşağının və aerovağzala giriş yolunun inşası da nəzərdə tutulur. Layihəyə Şuşanın məşhur İsa Bulağınadək əlavə 2 km-lik yolun çəkilməsi də daxil edilib. Füzuli-Şuşa magistral avtomobil yolu başlanğıcını Hacıqabul- Bəhrəmtəpə-Mincivan-Ermənistanla dövlət sərhədi magistral yolundan götürməklə Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçir. İnşaat işlərinin bu ilin sonu, növbəti ilin əvvəlinədək yekunlaşdırılması nəzərdə tutulur.