• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2161
— 18.01.2021 12:25

Silsilə oğurluqların üstü açıldı

KepezTV Player

Gəncədə silsilə oğurluqlar törədən şəxs saxlanılıb. Hədəfi avtomobillərdəki maqnitafonlar və səs gücləndircilər olan 23 yaşlı gənc avtomobillərlə yanaşı mənzildən də oğurluq edib.

Gəncədə 20-dən artıq oğurluğun üstünü Nizami rayon Polis İdarəsinin əməkdaşları açıb. Saxlanılansa şəhər sakini, əvvəllər məkum olunmuş Məcid Sultanovdur. Onun ötən ilin dekabrdan cari il yanvarın yarısınadək  təkcə Nizami rayonu ərazisində 9 avtomobildən oğurluq etdiyi məlum olub.

Məcid Sultanov saxlanılan şəxs Gəlirdim yaxınlaşırıdım maşına görürdüm görən yoxdur qapını açıb maqnitafonu aparırdım. Sonra satıb pulunu xərcləyiridm. 

Polis əməkdaşları tərəfindən davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxsin şəhərin Kəpəz rayonunda bir mənzil və 12 avtomobildən oğurluq etdiyi də aşkarlanıb.

Eşqin Qasımov DİN-in mətbuat xidmətinin əməkdaşı Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində məlum olub ki, Məcid Sultanov şəhər ərazisində 20-dən çox avtomobilə və 1 mənzilə qeyri-qanuni yolla daxil olaraq oğurluq hadisəsi törədib. Saxlanılan şəxs tutularaq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib.

Faktlarla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

 

Natiq Hüseyn