• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1118
— 18.01.2021 12:22

Qəbristanlıqdan silah tapıldı

KepezTV Player

Qazax sakinindən isə narkotik və odlu silah götürülüb. Silahı qəbristanlıqda gizlədən şəxsin narkotik üzərindən çıxıb.

Nəqliyyatda Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsi ilə Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə st. Xətt Polis Şöbəsinin əməkdaşları birgə əməliyyat keçiriblər. Nəticədə Qazax şəhər sakini, Afiq Məmmədov saxlanılaraq Xətt Polis Şöbəsinə gətirilib. Onun gəzdirdiyi politelen torbanın içərisindən 455 qram narkotik vasitə olan qurudulmuş “marixuana” aşkar edilərək götürülüb. Davam etdirilən tədbirlər nəticəsində onun odlu silah gizlətməsi də müəyyən edilib.

Eşqin Qasımov DİN-in mətbuat xidmətinin əməkdaşı Onun Qazax şəhər ərazisindəki qəbirstanlıqda odlu silah gizlətməsi də məlum olub. Polis əməkdaşlarının həmin əraziyə keçirdiyi baxış zaman oradan bir ədəd istifadəyə yararlı “AKM-72” tipli avtomat və həmin avtomata aid 4 ədəd patron aşkar edilərək götürülüb.

 

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdm edili. Saxlanılan şəxs polisdən yayınmaq üçün odlu silahı qəbristanlıqda basdırdığını,  narkotiki isə şəxsi istifadə üçün çay kənarından topladığını deyib.

Afiq Məmmədov saxlanılan şəxs Qazaxda bir iki nəfəri silahla tutdular. Dedim yəqin içkili olub kiminsə də yanında danışaram. Ona görə də onu ordan götürüb başqa yerə aparmaq istədim. Heç nə dəmir yoluna çatanda məni tutdular.

Faktlarla bağlı Xətt Polis Şöbəsinin İstintaq Qrupunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

Natiq Hüseyn