• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2112
— 18.01.2021 09:10

Danimarkada 283 nəfərdə “Britaniya” ştammı tapıldı

KepezTV Player

Koronavirusun Böyük Britaniyada aşkar olunan yeni ştammı da yayılmağa davam edir. Belə ki, Danimarkada 283 nəfər yeni ştamma yoluxub. Hökumət, yeni infeksiyanın artması fonunda, beş nəfərdən çox qrup halında toplaşmağı qadağan edib. Həmçinin bütün ictimai yerlərdə maska ​​taxmaq vacibdir. Bütün restoranlar, barlar, kinoteatrlar, teatrları, idman zalları, ticarət mərkəzləri və gözəllik salonları bağlanıb. Səlahiyyətli şəxslər məhdudlaşdırıcı tədbirləri fevralın əvvəlinə qədər uzadıblar. Krallıqda aşkar edilən bu ştamm çox sürətlə yayılır. İndiyədək Danimarkada ümumilikdə 189 088 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Onlardan 1 775 nəfər vəfat edib.