• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 688
— 18.01.2021 09:30

Azərbaycanda sərt karantin rejimi yumşaldıldı

KepezTV Player

Ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 1 aprel saat 06-dək uzadılıb. Məhdudiyyətlərin bir qismi isə bu gündən yumşaldılıb. Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində yaşayış yerini və olduğu yeri "SMS" icazə, "icaze.e-gov.az" portalı və xidməti vəsiqə əsasında tərk etmək sistemi ləğv olunub.25 yanvar saat 00:00-dan etibarən ölkə ərazisində ticarət obyektlərinin, bərbərxanaların, gözəllik salonlarının, muzey və sərgi zallarının fəaliyyəti, şəhərlərarası və rayonlararası hərəkət bərpa olunur. 1 fevral saat 00-dan isə ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 6-dan 00-dək yerində xidmətlər mümkün olacaq. Xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburidir.