Futbol üzrə I Divizionda çıxış edən “Kəpəz” qış istirahətinin ardından məşqlərə start verib. Yanvarın əvvəlindən çalışmalara başlayan komanda təlim-məşq toplanışında çempionata yaxşı hazırlaşmağın üzərində işləyir.
“Sarı-göylər” məşqləri artıq illərdir ki, klub üçün baza rolunu oynayan Gəncə şəhər stadionunda keçir. Futbolçular məşqçilər korpusunun təlimatları əsasında iki il öncə istifadəyə verilən süni örtüklü meydançada hazırlaşır.
“Kəpəz”lilər hazırlığın ilk mərhələsini – fiziki hazırlığı başa vurublar. Komanda üzvləri hazırda taktiki-texniki çalışmalara diqqət ayırıblar.
Qış istirahəti dövründə istirahət zamanı məşqlərdən ayrı düşən bəzi futbolçular düşərgəyə dönərkən artıq çəki ilə qayıdırlar. Görəsən “Kəpəz”də məşqçilər bu problemlə üzləşməyiblər?
Fasilə müddətində Gəncə klubu 3 futbolçu ilə yolları ayırıb və tez bir müddətdə axtarışlarla onların əvəzləyicilərini də tapıb.
“Kəpəz” qış toplanışı dövründə ilk yoxlama oyununu “Nefçi”yə qarşı keçirib. Bakıda reallaşan qarşılaşma rəqibin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
I Divizionda fasilə fevralda başa çatacaq. Buna kimi “Kəpəz” yanvarın 25-də ölkə kubokunun 1/8 final mərhələsində “Sabah” ilə üz-üzə gələcək.
- Baxış: 575