• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 861
— 17.01.2021 19:19

İstifadənin asanlığı, yoxsa təhlükəsizlik?

KepezTV Player

Texnologiyanın inkişafı sosial medianın bir qolu olan sosial şəbəkələrin həyatımıza yol tapmasına gətirib çıxarıb. Bəs həyatımızın ayrılmaz bir parçasına çevrilən sosial şəbəkələr üzərindən yazışmalar nə qədər təhlükəsizdir, qarşıdakı sujetimiz bu barədədir.
 

Sosial şəbəkələrdən geniş istifadə işimizi asanlaşdırmaqla yanaşı müəyyən problemlər də yaradır. Bu yaxınlarda Votsap istifadəçilərin fərdi məlumatlarının Facebuka ötürülməsi barədə veriləın açıqlama dünayada təbii olaraq birmənalı qarşılanmadı.

Sahib İbrahimov - İT mütəxəssisi: Konfedensiallıq məsələsini nəzərdən keçirməliyik. Sosial şəbəkə tələblər qoyur və öhdəliklər götürür bununla tanış olmaq mütləqdir.

Əslində bu yenilik deyil və istifadəçilər haqda məlumatlar 2016-cı ildən Facebuka ötürülür. Sadəcə insanlar bundan xəbərsiz idilər. İndi isə Apple və Google tələb edib ki, onların platformasından Votsap yükləyən insanlar bu haqda xəbərdar olmalıdır.

Sahib İbrahimov - İT mütəxəssisi: Bəzi güvənlik məsələrinə görə votsapdan imtinaya səbəb oldu 50 milyondan artıq insan artıq teleqram və siqnala uz tutublar.

Vatsapın bunu açıqlaması isə milyonla istifadəçisinin bu mesenjerdən imtina etməsinə gətirib çıxardı.

Bəzi ölkələr yalnız öz mesenjerlərindən istifadəyə icazə verdiklərini və vətəndaşları haqda məlumatları ümümiləşdirərək konkret ünvanlara ötürə biləcək əlavələri qadağan edir. Məsələ burasındadır ki istifadəçilər haqda məlumat toplayan tək Votsap deyil, Facebuk və İnstagramda da bu mümkündür.