• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 887
— 17.01.2021 20:05

Gənəcədə xəstəxananın həyətində narkotik gizlədən şəxs saxlanıldı

KepezTV Player

Gəncədə narkotik vasitə saxlamaqda şübhəli bilinən şəxslər ifşa ediliblər. Məlum olub ki, onlardan biri yaşadığı mənzildə, digəri isə xəstəxananın həyətində xeyli miqdarda narkotik vasitə gizlədib. Ətraflı növbəti videomaterialda.

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Elsevər Əmirov saxlanılıb. Əmirovun yaşadığı mənzilə baxış zamanı oradan xeyli miqdarda narkotik vasitə aşkarlanıb.

Eşqin Qasımov DİN-in Mətbuat Xidmətinin əməkdaşı Evə baxış keçirən zaman oradan bir ədəd sellofan bükümdə, çəkisi 26.83 qram narkotik vasitə olan “heroin” və müxtəlif sellofan bükümlərdə ümumi çəkisi 28.31 qram “metamfetamin” aşkar edilərək götürülüb.

Digər bir əməliyyatla şəhər sakini  Zahir Hüseynov saxlanılıb. Onun üzərindən 28 qram  qurudulmuş “marixuana” tapılıb. Hüseynovun şəhər ərazisindəki sahibsiz yarımtikilidə gizlətdiyi  3 kq 490 qram qurudulmuş “marixuana” da aşkar edilib.

Zahir Hüseynov saxlanılan şəxs Azosa çimməyə getdimişdim, oradan yığdım. Gətirib 3 nömrəli xəstəxananın həyətində dağılmış bir otaq var idi, orada şiferin üstündə qurutdum. Özüm çəkmək istəyiridim.

Faktlarla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində araşdırmalar davam etdirilir.

 

Natiq Hüseyn