• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2316
— 17.01.2021 19:03

Ağdamda dini abidələr talan edilib

KepezTV Player

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, TÜRKSOY, Türk Mədəniyyət və İrsi Fondunun nümayəndə heyəti Ağdamın işğaldan azad olunan ərazilərinə səfər edib. Qonaqlar Ağdamda Ermənistanın dağıtdığı binaları öz gözləri ilə görüblər. Daha sonra Pənahəli xanın məqbərəsinə gediblər. Türk Mədəniyyət və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva deyib ki, Ermənistan Ağdamda tarixi, dini abidələri talan edib, dağıdıb. Buna biganə qalmaq olmaz. Hesabatlar hazırlanıb, aidiyyəti üzrə beynəlxalq qurumlara göndəriləcək. TÜRKSOY-un baş katibi Düsen Kaseinov isə bildirib ki, əsrlər boyu Azərbaycan xalqının və türk xalqlarının yaratdığı sivilizasiyanın burada necə ölməyini gördükdə hiss edilən duyğuları çatdırmaq çətindir. Təşkilatın nümayəndələri də mədəni irsimizin qısa zaman ərzində bərpa edilməsində öz dəstəyini göstərəcək.

Şuşa yolunun tikinti işləri ilə tanış olan qonaqlar, daha sonra Füzuli şəhərinə gedərək ermənilərin 28 il ərzində viran qoyduğu şəhərin qalıqları ilə tanış olublar. Vaxtilə şəhər mərkəzində yerləşən məscidin dağıntılarına baxıblar.