• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1563
— 17.01.2021 19:09

“Qış təlimi-2021” başlayır

KepezTV Player

Türkiyə Respublikasının Qars şəhərində keçiriləcək “Qış təlimi-2021”də Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da iştirak edəcək. Təlimə cəlb edilmiş şəxsi heyət və hərbi texnikaların təlim yerinə yola salınması münasibəti ilə mərasim keçirilib. Təlimə cəlb edilmiş bölmələr Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə doğru yola düşüblər. Araz çayı üzərindəki “Ümid” körpüsündən keçən bölmələrimiz Qars şəhəri istiqamətində hərəkəti davam etdiriblər.

Türkiyə Milli Müdafiə Nazirliyi hərbçilərimizin Qarsda qarşılanması ilə bağlı paylaşım edib. "Qarabağda Ermənistan Ordusuna qarşı böyük bir zəfər qazanan qardaşlarımıza qürurla xoş gəldiniz deyirik. “1 Millət, 2 Dövlət” anlayışımızla “tək ürək, tək bilək, tək yumruq” olaraq çalışmağa davam edəcəyik" deyə paylaşımda qeyd edilib.