• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 714
— 16.01.2021 20:51

Futbol akademiyasının açılış mərasimi keçirilib

KepezTV Player

“Turan Tovuz” klubunun nəzdində FİFA və UEFA-nın maliyyə dəstəyi ilə AFFA tərəfindən inşa olunan futbol akademiyasının açılış mərasimi keçirilib. Bazadakı işlərə 4,3 milyon manat xərclənib. Vəsait akademiyanın ərazisində inşa olunan inzibati binalara, eyni zamanda dörd futbol meydançasına və sair işlərə sərf olunub. Baza ən müasir formada inşa edilib. Burada futbolun inkişafı üçün hər cür şərait yaradılıb.

Futbol akademiyasının açılış mərasimində AFFA-nın prezidenti Rövnəq Abdullayev də iştirak edib.