• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1714
— 16.01.2021 16:45

Prezidentin Şuşa səfəri şuşalıları ruhlandırıb

KepezTV Player

Bu gün şuşalılar qürurludur, vüqarlıdır, bəlkə heç vaxt olmadığı qədər tələskəndir. Can atırlar, doğma yurdlarına, əziz Şuşaya. Ələxsus da dövlət başçısının Şuşaya səfəri şuşalıların 28 illik həsrətinə son qoyub, Şuşasız Qarabağ, Qarabağsız ümumiyyətlə Azərbaycan yoxdur kəlamının nə qədər müdrikliyini bir daha isbatlayıb hər kəs üçün. Gəncədə onlar üçün salınan müvəqqəti şəhərcikdə məskunlaşan şuşalılar deyirlər ki, həyəcanla, təkrar-təkrar izləyiblər prezident İlham Əliyevin Şuşada gəzdiyi yerləri. Hər kəlməsinə diqqətlə qulas asıblar Ali Baş Konamdanın. İndi daha əmindirlər, daha mətindirlər, daha əzimlidirlər Şuşa sakinləri. Axı bundan sonra heç kəs onları Şuşadan, doğma torpaqlardan didərgin sala bilməyəcək. Dövlət başçısının dediyi kimi, Azərbaycanlılar bu ərazidə əbədi yaşayacaqlar. Yenidən Şuşada işləyəcək, festivallara tamaşa edəcək, Cıdır düzünü gəzəcəklər. Artıq şəkillərdə tarixiləşən anlar canlanacaq. Şuşaya həyat qayıdacaq.Elə Gəncədə yaşayan Şuşa sakinləri də səbrsizliklə gözləyirlər, öz evlərinə qayıdacaqları günü, doya-doya əziz şəhərlərini gəzməyi, alınmaz qalanın əsl simanını bərpa etməyi.