KepezTV Player
Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndindən videogörüntülər təqdim edib. Araz çayının sol sahilindən 2 km aralı, düzənlikdə yerləşən kəndin keçmiş adı Mərcanlı olub. Yaşayış məntəqəsini XIX əsrdə Qarabağ xanı İbrahimxəlil xanın oğlu Cəfərqulu xanın mülkü olmuş Lənbəran kəndindən köçürülmüş mərcanlı nəslinə mənsub ailələr salıblar. Sonralar Mərcanlı kəndindən köçən bir qrup ailə Yuxarı Mərcanlı kəndinin əsasını qoyub. Digəri Cocuq Mərcanlı olub.
- Baxış: 213