Hər bir xalqın vizit kartı onun zəngin mədəniyyətidir. Azərbaycan dünyada ən zəngin mədəni irsə sahib olan xalqlardan biridir. Özünəməxsusluğun və milli kimliyin qorunması mədəniyyət siyasətinin qarşısında duran ən mühüm məsələrdəndir. Dövlətimizin müstəqil olmadığı dövrlərdə azərbaycanlıları bir xalq kimi qoruyan, mədəniyyəti, dili, milli mənəvi dəyərləri olub. Və bu gün bu dəyərləri qorumaq inkişaf etdirmək milli birliyimizin ən başlıca şərtlərindən biridir. Prezident İlham Əliyev tərəfindən 2021ci il Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı elan olundu. Bu qərar qarşıya qoyduğumuz bir sıra hədəflərə nail olmağımızı sürətləndirəcəkdir və Şuşanın mədəni həyatı qısa müddət ərzində bərpa olunacaq. Unudacağıq ağrı-acını, həyat öz köhnə axarına dönəcək. Yenə də əvvəllər olduğu kimi Vaqif poeziya günləri keçiriləcək “Xarı bülbül” festivalı təşkil olunacaqdı. İşğaldan azad edilmiş torpaqlarda muğam mərkəzləri yaradılacaq. Tariximizin daş yaddaşı sayılan abidələrin əsl simasına qovuşacaq . Bu cür tədbirlər zamanla regionun mədəni brendinə çevriləcək. Həyat gözəl olacaq. Yenə cıdır düzündə vurulan zəngülələr qayalarda əks səda verəcək, unudacaq bu torpaq güllə səsini, mütləq unudacaq.. Füzulidə inşa olunacaq beynəlxalq aeroport Şüşaya məsafəni daha da yaxınlaşdıracaq. Bu müqəddəs məkana xarici qonaqların dəvət edilməsi üçün imkanlar yaranacaq. . Şuşa ikinci baharını yaşayacaq. Əziz Şuşa Səninlə bərabər biz də yenidən doğulacağıq.
- Baxış: 780