KepezTV Player
Hirkan Milli Parkında yanğın davam edir.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yüksək dağlıq və çətin relyefi olan meşə sahəsində davam edən yanğının söndürülməsi küləyin güclənməsi səbəbindən bir qədər də çətinləşib. Yanğının söndürülməsi və geniş əraziyə yayılmasının qarşısını almaq məqsədi ilə əlavə qüvvələr cəlb olunub.
Hazırda müvafiq qurumların əməkdaşları mürəkkəb şəraitində əsasən əl əməyindən istifadə olunmaqla yanğınsöndürmə işlərini həyata keçirirlər.
Səhər saatlarından etibarən Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin amfibiya təyyarəsi də yanğının söndürülməsinə cəlb olunub.
- Baxış: 175