• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2167
— 15.01.2021 09:21

Ermənilərin basdırdıqları minalar aşkarlandı

KepezTV Player

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Ağdam, Cəbrayıl, Goranboy, Qubadlı, Zəngilan, Tərtər, Xocavənd rayonları və Şuşa şəhəri ərazisində mərmilərin aşkar olunması barədə 12 müraciət daxil olub. Çağırışlar əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 22 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılan əməliyyat-axtarış tədbirləri zamanı 121 ədəd partlamamış hərbi sursat, 19 ədəd piyada əleyhinə mina, 45 ədəd tank əleyhinə mina, 14 ədəd tank əleyhinə mina partladıcısı, 7 006 ədəd müxtəlif çaplı patron, 1 ədəd ov tüfəngi və 11 ədəd partlamış mərmi qalığı aşkar olunub. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 690 hektar ərazi yoxlanılıb. Agentliyin partlayış qrupu tərəfindən 136 ədəd partlamamış hərbi sursat, 579 ədəd mina və 5 ədəd bombacıq zərərsizləşdirilib.