• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1876
— 14.01.2021 20:43

Qış aylarında avtomobillərə qulluq

KepezTV Player

Qış mövsümü avtomobillərə qulluq məsələsini də gündəmə gətirir. Hava şəraitinin dəyişməsi nəqliyyat vasitələrində müəyyən problemlər yarada bilər ki, onların vaxtında aradan qaldırılması yolda qalmaq təhlükəsini də sıfıra endirir.

Fəslindən asılı olmayaraq avtomobillər hər zaman qulluq tələb edir. Ələxsus da qışda nəqliyyat vasitəsinə daha çox diqqət yetirmək lazım gəlir. Bu qəza vəziyyətini aradan qaldırmaq, həm sürücünün, həm də digərlərinin həyatını təhlükəyə atmamaq məqsədi daşıyır.

Rəşid Nəbiyev çilingər:Yay və ya qışdan asılı olmayaraq avtomobillərin yağları dəyişilməlidir. Ələxsusda qış aylarında çünki yağlama sürtünmə əmsalı böyük olduğuna görə yağlar mütləq dəyişilməlidir. Sintetik və ya yarım sintetik yağlardan istifadə olunmalıdır.

Mövsümlə əlaqədar olaraq, avtomobillərin təkərləri də qış rejiminə uyğunlaşdırılmalıdır. Çinlərin üzərilərindəki naxışlar daha hündür olmalı, təkərlərin təzyiqi nisbətən aşağı salınmalıdır. Qar və şaxta ehtimalı nəzərə alınaraq ən azı 2 ədəd təkər zənciri saxlanılmalıdır

Elşən Qarayev usta: Şinlərdəki təzyiq 10 gündən bir yoxlanmalıdır. Enli təkərlə ensiz təkərin arasında fərq ondan ibarətdiki enli təkərin surəti az olur ensizin isə biraz çox.

Qışda akkumulyatorlar daha çox enerji sərf etdiyindən onlara da diqqət yetirmək lazımdır. Eləcə də problemli lampalar dəyişdirilməli, duman faralarının işlək olduğu tez-tez yoxlanılmalıdır. Avtomobillərin əyləc sisteminə də texniki baxış keçirməli, qışa hazır olub-olmadığı yoxlanılmalıdır.

Görülən bu tədbirlər ozümüzü və ətrafımızı təhlükədən qorumaq üçün zəruri olan adımlardır.

Xəyal Quluzadə