• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1210
— 14.01.2021 20:33

Ermənistan heç nə qazanmadı, Azərbaycan nə lazımdırsa, əldə etdi

KepezTV Player

Ermənistanın müxalifət lideri Vazgen Manukyan müharibədə ölkəsinin məğlubiyyətini Baş nazir Nikol Paşinyanın sərişdəsizliyi ilə əlaqələndirib. Digər bir məqam kimi isə Azərbaycanla Türkiyə arasında əlaqələrin daha da möhkəmlənməsi olaraq göstərilib.

Vazgen Manukyanın sözlərinə görə, Paşinyan “narıncı inqilab” nəticəsində hakimiyyətə gəlib, ötən müddətdə işi cəmiyyətdə bölücülük salmaq olub və ona bəslənən ümidləri puça çıxarıb. Bu özünü müharibənin gedişində qabarış şəkildə biruzə verib və Paşinyan cəbhədə baş verənləri yetərincə dərk etmək qabiliyyətində olmayıb.

Vazgen Manukyan Ermənistanın müxalifət lideri: Başlanğıcdan müharibənin baş verməsinin qarşısını almaq olardı. Ya da müharibəni elə aparmaq lazım idi ki, biz öz mövqelərimizi qoruyub saxlayardıq. Əməliyyatların gedişində müəyyən dövrdən sonra onu dayandırmaq lazım idi. Elə Ermənistan hakimiyyətinidəki hərcmərcilik bunu tələb edirdi. Belə təkliflər də edilmişdi, amma Nikol Paşinyan bundan imtina etdi. O cabhədə baş verənlərdən baş açmırdı, eləcə də hərbi rəhbərlik də çaşqınliq içərisində idi.

Vazgen Manukyan Moskva görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin diplomatik qələbəsini etiraf edir. Bildirir ki, Ermənistan heç nə qazanmadı, Azərbaycan isə əksinə, nə lazımdırsa, əldə etdi.

Vazgen Manukyan Ermənistanın müxalifət lideri:Kommunikasiyalarla bağlı məsələ Azərbaycanın maraqlarını təmin etmək deməkdir. Bu üçtərəfli danışıqlar zamanı Ermənistan olaraq heç bir şey almadıq, Azərbaycan ehtiyac duyduğunu aldı - Naxçıvanı Azərbaycanla birləşdirəcək yolu.

Müharibənin gedişində Rusiyanın Ermənistanın yerinə vuruşmalı olmadığını deyən Ermənistanın müxalifət liderinin sözlərinə görə, əgər Paşinyan rayonları döyüşsüz qaytaracaqdısa, niyə bunu əvvəldən etmirdi, o zaman bu qədər itkilər də olmazdı. 74 yaşlı Vazgen Manukyan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün fəal mübarizə aparan şəxslərdən biridir. O, 1990-91-ci illərdə Ermənistanın baş naziri, 1992-1993-cü illərdə Ermənistan müdafiə naziri postlarını tutub.

Hazırda Ermənistanda Azərbaycana qarşı revanşizm barədə düşünmək mənasızdır. Müharibəyə yenidən başlamaq Ermənistanın maraqlarına cavab vermir.