KepezTV Player
Bərdə rayonu ilə Ağdam arasında olan dəmir yolu xəttində yenidənqurma işlərinə start verilib. İlkin mərhələdə yolun Bərdə-Təzəkənd istiqamətində 19 kilometri, daha sonra isə Təzəkənd-Ağdam arası xəttinin bərpası aparılacaq. Layihədə dəmir yolunun torpaq yatağının işlənməsi, həmçinin Köçərli, Təzəkənd, Ağdam stansiyalarında standartlara uyğun yeni binaların tikintisi də nəzərdə tutulub. Yevlax-Xankəndi dəmir yolunun Ağdamdam keçən hissəsi sözügedən rayonun işğalından sonra istifadəyə yararsız hala düşüb. Bu səbəbdən bu istiqamətdə hərəkət edən qatarların son dayanacağı Tərtərin Köçərli stansiyası olub.
- Baxış: 456