• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2014
— 14.01.2021 16:44

4 nəzarətçi-müəllim fərqlənib

KepezTV Player

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri tərəfindən ötən tədris ilində ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında iştirak edən nəzarətçi müəllimlər mükafatlandırılıb. Fərqlənənlərdən 4-ü mərkəzin Gəncə regional bölməsinin təmsilçiləridir. Mükafatlandırılma pandamiya ilə əlaqədar olaraq onlayn qaydada keçirilib.  Mükafatlandırılan nəzarətçilər son 10 ildə mütəmadi imtahanlarda iştirak edən, imtahanlar zamanı köçürmə halı aşkarlanmayan, eləcə də qeyri-kafi qiymət almayanlardır. Həmçinin ən azı son 2 ildə azı 3 qəbul imtahanında iştirak edən müəllimlərdir. Ümumilikdə Respublika üzrə  15 min 581 nəfər nəzarətçi müəllim Dövlət İmtahan Mərkəzində qeydiyyatdadır ki, bunların da 38-i bu il mükafatlandırılıb. Həmçinin Mərkəzin Gəncə regional bölməsində 1393 nəzarətçi müəllim var ki, bunun da 696 nəfəri Gəncə şəhərinin müəllimləridir.

Nəsimi Məmmədov DİM-in Gəncə regional bölməsinin müdiri:Hər imtahanda imtahan zalında nəzarətçi müəllimlə bağlı müxtəlif imtahan rəhbərləri qiymətləndirmə aparır. Uzun müddət nəzarətçi müəllim 4-5 qiymət alırsa, bazada hansısa imtahan prosesində qayda pozuntusu yoxdursa DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə tərəfindən fəxri fərmanla təltif olunur. Elə nəzarətçi müəllimlərimiz var ki, onlarda az bir müddət nəzarətçi bazasında olmasın baxmayaraq çox imtahanlarda iştirak edirlər onlar imtahan qaydalarını düzgün şəkildə idarə etdiklərinə görə həmin şəxslərə təşəkkürnamə elan olunur.

Zakir Hüseynov müəllim: Gəncə şəhərində imtahanlar başlıyan gündən lap əvvəldən mən iştirak edirəm. Çox yaxşı, mükəmməl şəkildə Gəncə şəhərində imtahanlar dürüst və səlist aparılır. İmtahan mərkəzinin direktorunun da Allah canını sağ eləsin ki, bizim işimizi nəzərə alıb bizi mükafatlandırır.