• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1309
— 14.01.2021 16:33

“Qaynar xətt”ə 15206 müraciət daxil olub

KepezTV Player

2020-ci il ərzində Müdafiə Nazirliyinin “Qaynar xətt”inə 15206 müraciət daxil olub, onlardan 9925-i şifahi cavablandırılıb, 5281-nin həlli ilə bağlı isə nazirliyin müvafiq qurumlarına dərhal sorğular göndərilib.Təkcə 2020-ci il sentyabrın 27-dən 2021-ci il yanvar ayının 10-dək vətəndaşlardan 5465 müraciət daxil olub, onlardan 2269-u şifahi qaydada cavablandırılıb, 3196-sı isə qeydiyyata alınaraq aidiyyəti üzrə araşdırılması və cavablandırılması üçün nazirliyin müvafiq strukturlarına göndərilib.