KepezTV Player
Tərtər RPŞ-nin əməkdaşları Suqovuşan kəndi ərazisində xidmətdə olarkən erməni silahlı birləşmələrinin atıb qaçdığı silah-sursatları aşkarlayıblar. 1 ədəd 60 mm-lik minaatan silahı, həmin sialha məxsus 72 ədəd mərmi, 5 ədəd qumbaraatan, dolu sandığı və sursatı ilə birgə 2 ədəd PKT, 1 ədəd PK pulemyotu, hava hücumundan müdafiə üçün atışa hazır vəziyyətdə “İQLA” raket kompleksi, 1 ədəd “Muxa” markalı RPQ-18 qumbaraatanı, 3 ədəd tank əleyhinə RPQ-7 mərmisi, 1 ədəd snayper tüfəngi, 2 qutu patron, 1 ədəd əl radiostansiyası və qidalandırıcısı götürülərək aidiyyəti üzrə təhvil verilib.
- Baxış: 239