• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1678
— 14.01.2021 13:46

Tibbi maskadan istifadə etməyənlər cərimələniblər

KepezTV Player

Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Göygöl rayonunda polis əməkdaşları yoxlamları davam etdirirlər. Apteklərdə və mağazalarda həyata keçirilən nəzarət-profilaktiki tədbirlər zamanı qoruyucu vasitələrdən istifadə etməyənlər barəsində qanunamüvafiq tədbirlər görülüb. Bəziləri maska üçün aptekə getdiyini, bəziləri isə qoruyucu vasitədən istifadəni unutduğunu bəhanə gətiriblər. Göygöl polisinin rayon mərkəzində keçirdiyi reyd zamanı vətəndaşlara izah olunub ki, hər bir şəxs tələb olunan qaydalara dəqiqliklə əməl etməlidir.
Maskalardan düzgün istifadə etməyən və əsassız bəhanələr gətirən şəxslərə koronavirus infeksiyasının fəsadları, mövcud qaydalar bir daha izah olunub. Market və mağazalarda aparılan yoxlamalar zamanı isə meyvə və tərəvəz satılan bölmələrdə təması minimuma endirmək üçün şəffaf arakəsmələrin olmaması diqqətdən yayınmayıb.
Reyd zamanı tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib edilib.

Natiq Hüseyn