• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2339
— 14.01.2021 12:37

Şuşada ermənilərin dağıtdığı tarixi abidələrin sayı açıqlandı

KepezTV Player

Şuşada ermənilərin dağıtdığı tarixi abidələrin sayı açıqlanıb. Dövlət Musiqili Dram Teatrı, Dövlət Qarabağ tarixi muzeyi, şəhərin tarixi muzeyləri, Üzeyir Hacıbəyovun, Bülbülün, Mir Möhsün Nəvvabın xatirə muzeyləri, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Dövlət Rəsm Qalеrеyası, 4 texnikum, 2 institut filialını, orta və orta ixtisas musiqi məktəblərini, kitabхanaları, 2 sanatoriya, 70 yerlik turist bazası, 1200 yerlik internat məktəbi və digər yerlər dağıdılaraq yox edilib. Şuşada tarixi abidələrlə bağlı aparılan monitorinqdə iştirak edən mədəni dəyərlər üzrə tədqiqatçı ekspert Faiq İsmayılov Trend-ə müsahibəsində ermənilərin eyni zamanda 350 hektarlıq qoruq zonasındakı 300 tarixi və mədəniyyət abidəsini, 550 qədim yaşayış binasını sökərək şəhərin landşaftına ciddi zərər vurduqlarını bildirib.