• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1155
— 14.01.2021 12:30

Komissiya tərəfindən 884 müraciətə baxılıb

KepezTV Player

Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiyanın fəaliyyəti davam edir. Müdafiə Nazirliyindən verilən məlumatı görə, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən komissiya tərəfindən üç gün ərzində 782 müraciətə baxılıb.

Füzuli rayonu ərazisində fəaliyyət göstərən komissiyanın səyyar qrupu tərəfindən isə bu günədək 102 müraciət dinlənilib.Müraciətlərdə qaldırılan məsələlərin həll olunması üzrə komissiya və səyyar qrup tərəfindən müvafiq tədbirlər görülüb.